REGİONLAR


Şəhid gizir İsmayıl Budaqlı Sabirabadda dəfn olunub VİDEO

Sabirabad, 15 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Budaqlı İsmayıl Məhərrəm oğlu doğma yurdu Sabirabadda böyük izdihamla son mənzilə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan dövlət sərhədində Ermənistan hərbi birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan İsmayıl Budaqlının dəfn mərasimi olub. Şəhidin nəşi doğulub boya başa çatdığı evə gətirilib.

Mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri, veteran və qazilər iştirak ediblər. Şəhid İsmayıl Budaqlı Axtaçı Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Budaqlı İsmayıl Məhərrəm oğlu 1998-ci il yanvarın 12-də Sabirabad rayonu Axtaçı Muğan kəndində dünyaya göz açıb. Hələ uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib. Həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü olaraq ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Xidmət etdiyi müddətdə gizir rütbəsinə qədər yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.