REGİONLAR


Şəhid hərbi qulluqçuların ailələrinə bayram sovqatları paylanılıb

Biləsuvar, 20 iyul, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının dörd hərbi qulluqçusu-Elvin Məmmədov, Ruslan Qurbanov, Asif Talıblı və Orxan Mirzəyevin ailəsinə baş çəkiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, polis işçiləri şəhid hərbi qulluqçuların ailə üzvlərinin problemləri və qayğıları ilə maraqlanıblar.

Onlar Qurban bayramı ilə əlaqədar gətirdikləri bayram sovqatlarını və qurbanlıq heyvanları şəhid ailələrinə təqdim ediblər.

Şəhid ailələri ilə keçirilən görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri bir daha vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı diqqətə çatdırılıb.

Şəhidlərin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.