CƏMİYYƏT


Şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu, Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan çavuş Sənan Ələsgərzadənin il mərasimi keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin təmsilçiləri, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Əliyar kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Sənan Ələsgərzadənin keçdiyi döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən bəhs edilib.

Qeyd edək ki, Sənan Ələsgərzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.