ELM VƏ TƏHSİL


Şəhid kapitan Vüqar Nəcəfovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin fonduna daxil edilib

Bakı, 1 dekabr, AZƏRTAC

Şəhid kapitan Vüqar Nəcəfovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Vüqar Nəcəfov 1988-ci ildə Ordubad rayonunda anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

Kapitan Vüqar Nəcəfov 2020-ci ildə Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı fədakarlıqla döyüşüb və şəhidlik zirvəsinə ucalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.