REGİONLAR


Şəhid mayor Namiq Əhmədov Qazaxda dəfn olunub VİDEO

Qazax, 14 iyul, AZƏRTAC 

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər.

Şəhidin nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində izdihamla qarşılanıb.

Qeyd edək ki, Namiq Əhmədovun bir qız, bir oğlan övladı var.

Dəfn mərasimindən sonra Azərbaycan bayrağı şəhidin atası Hajan Əhmədova təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.