İDMAN


Şəhid övladları üçün “IV Neftçili yay futbol düşərgəsi” layihəsinə start verilib

Bakı, 16 iyun, AZƏRTAC

“Neftçi” futbol klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, SOCAR və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili yay futbol düşərgəsi” layihəsinə start verilib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, iyunun 16-da şəhidlərimizin 6-12 yaş aralığındakı 104 övladını əhatə edən layihənin açılış mərasimi olub.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi”nin prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri”n sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.