İDMAN


Şəhid övladları üçün ustad dərsi təşkil edilib

Bakı, 5 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə düşərgə iştirakçıları üçün cüdo üzrə məşğələ və ustad dərsi keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ACF-in performans direktoru Mark van der Ham, böyüklərdən ibarət milli yığma komandanın üzvləri Nazir Talıbov və Elçin Hüseynov tərəfindən keçirilən dərsdə iştirakçılara cüdonun fəlsəfəsi, yaranma tarixi, uşaqların fiziki və emosional inkişafı üçün faydaları haqqında məlumat verilib. Daha sonra müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi uşaqlara nümayiş etdirilib.

Düşərgə iştirakçıları cüdo fəndlərini böyük həvəslə izləyib və peşəkar idmançıların köməkliyi ilə müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar. Sonda isə cüdo idman növünə maraq göstərən düşərgə iştirakçılarına cüdoqilər (cüdo idman geyimi) hədiyyə kimi təqdim edilib.

Qeyd edək ki, ACF-nin üzvü olan klublarda, idman təşkilatları və cəmiyyətlərində şəhid ailələrinin üzvləri üçün cüdo idman növü ilə məşğul olmaq tamamilə ödənişsiz şərtlərlə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.