CƏMİYYƏT


Şəhid polkovnik-leytenant Babək Ramaldanovun ailəsi ziyarət edilib

Bakı, 15 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev şəhid polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun əldə etdiyi tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə qəhrəman Vətən övladlarının, o cümlədən Babək Ramaldanovun şücaətlərindən bəhs olunub, şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb.

İki övladı yadigar qalan şəhidin ailəsi nazirlik tərəfindən Bakının Hövsan qəsəbəsində 2 otaqlı mənzillə təmin olunub və ailəyə aylıq sosial ödənişlər təyin edilib. F.Musayev ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağını bildirib.

Qeyd edək ki, Babək Ramaldanov 2020-ci il oktyabrın 16-da Füzuli rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.