REGİONLAR


Şəhid qardaşı: Biz gənclər şəhidlərimizin yolunu davam etdirməyə hazır olmalıyıq

Xaçmaz, 20 yanvar , Elxan Yusifli, AZƏRTAC

Qardaşım Əfqan Yəhyayev 1992-ci ildə Xocavənd rayonunun Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bizim üçün bütün şəhidlərin xatirəsi əzizdir. 20 Yanvar hadisələri xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindəndir. Həmin gecə insanlar sovet ordusunun tanklarının qarşısına silahsız, əliyalın çıxmışdı. Biz şəhidlərimizlə fəxr edirik. Bu gün onların sayəsində müstəqil, qüdrətli Azərbaycanda yaşayırıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xaçmazda Şəhidlər xiyabanını ziyarət edən şəhid qardaşı Bilal Yəhyayev deyib.

B.Yəhyayev bildirib ki, bu xiyabanda onun qardaşı ilə yanaşı, 230-dan çox xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. “Onların hamısı mənim üçün doğmadır. Biz gənclər şəhidlərimizin haqq yolunu davam etdirməyə hazır olmalıyıq. Düşməndən qisas almalı, işğal altındakı torpaqlarımızı erməni işğalçılarından azad etməliyik”, - deyə B.Yəhyayev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.