“Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Xətai Sənət Mərkəzinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdiyi “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, fevralın 21-də açılacaq sərgidə 115 rəssamın 130 işi, həmçinin Əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri nümayiş olunacaq.
Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi.
Müsabiqənin şərtlərinə əsasən, qaliblər diplom və təşəkkürnamə ilə təltif olunacaq.

Xəbərin mətnində orfoqrafik səhv var