MƏDƏNİYYƏT


“Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 22 fevral, AZƏRTAC

Xətai Sənət Mərkəzinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdiyi “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgidə 115 rəssamın 130 işi, həmçinin Əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri nümayiş olunur.

Sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.

Qeyd edilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqənin şərtlərinə əsasən, qaliblər diplom və təşəkkürnamə ilə təltif olunublar. Sonra “Şəhid Şəhər” adlı kompozisiya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.