CƏMİYYƏT
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub
Bakı, 9 may, AZƏRTAC
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Xeyriyyə aksiyasında iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.