REGİONLAR


Şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunan futbol turnirində 8 komanda mübarizə aparır

Ağdam, 4 iyul, AZƏRTAC

Ağdam rayonunda 2016-cı ilin Aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilən futbol turniri keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda rayonun cəbhəyanı kəndlərini, məcburi köçkün qəsəbələrini, ərazidə yerləşən “N” saylı hərbi hissəni, həmçinin Beyləqan, Xocavənd və Ağcabədi rayonlarını təmsil edən 8 komanda iki qrupda mübarizə aparır. Qrupdaxili oyunların nəticələrinə görə birinci və ikinci yerləri tutan komandalar yarımfinalda qarşılaşacaqlar.

Turnirə iyulun 12-də - şəhid zabitin doğum günündə yekun vurulacaq. Birinci, ikinci və üçüncü yerləri tutan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim ediləcək.

Ağdam rayonunda Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri üçüncü ildir keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.