REGİONLAR


“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər 150-yə yaxın şəhid ailəsinin qonağı olub

Qusar, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC

“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Qusarda şəhid ailələrinin qonağı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kampaniya Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində həyata keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə reallaşan “Şəhidimiz” kampaniyasına qoşulan qusarlı gənclər əvvəlcə Qusardakı Şəhidlər xiyabanına yürüş edib. Burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsi anılıb.

Sonra gənclər Qusardakı 10-a yaxın şəhid ailəsinə baş çəkərək, onlarla həmrəylik nümayiş etdiriblər.

“Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə, 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət olunub.

İki gün ərzində davam edən kampaniyaya gənc könüllülər, “ASAN Könüllüləri”, “Regional İnkişaf” İctimai Birliyinin Könüllüləri, “BİR” tələbə könüllüləri, “Aqrar İnkişaf Könüllüləri”, “KOB Könüllüləri”, “Miqrasiya Könüllüləri” və digər hərəkatları təmsil edən 2 mindən çox gənc qoşulub.

“Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 1-də gənclərlə görüşü zamanı vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.

Dekabr ayının 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.