REGİONLAR


Şəhidin təltif edildiyi medal ailəsinə təqdim olunub

Qəbələ, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Qəbələ rayonunun Zərgərli kəndindən olan şəhid Şöhrət Mikayılovun ölümündən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təltif edildiyi “Şücaətə görə” medalı şəhidin atasına təqdim olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin əməkdaşları şəhid Şöhrət Mikayılovun ailəsini ziyarət edib, ailə üzvlərinin problemləri ilə maraqlanıblar. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin valideyninə Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.

Şəhidin atası İkram Mikayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.