CƏMİYYƏT


“Şəhidini tanı” layihəsi çərçivəsində daha bir şəhid ailəsi ziyarət olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşı Babək Hacılı və Miqrasiya könüllüləri döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Vəlizadə Urfan Üzeyir oğlunun ailəsini ziyarət ediblər.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı şəhid Urfan Vəlizadənin döyüş yoluna nəzər salınıb. Şəhidlərimizin hünəri və döyüş yolu, onların torpaqlarımızın işğaldan azad edilməsi üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları vurğulanıb.

Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atası ilə bağlı xatirələrini bölüşüb. Həmçinin döyüşlərdə iştirak edən Xidmət əməkdaşı Babək Hacılıya müharibədə yaşananlar barədə suallar ünvanlayıb.

Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.