CƏMİYYƏT


“Şəhidini tanı” layihəsi çərçivəsində şəhid Arəstə Baxışovanın ailəsi ziyarət olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

“Şəhidini tanı” layihəsi çərçivəsində şəhid Arəstə Baxışovanın ailəsi ziyarət olunub.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, DMX-nin Vətən müharibəsi iştirakçısı olan əməkdaşı Babək Fətullazadə Miqrasiya könüllüləri ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi tibb qulluqçusu, Vətən müharibəsinin ilk qadın şəhidi Baxışova Arəstə Kərim qızının ailəsinə baş çəkib.

Görüşdə Arəstə Baxışovanın öz şücaəti ilə incə ruhlu Azərbaycan xanımının qəhrəman oğullarımızla çiyin-çiyinə dayanmaq gücündə olduğunu bir daha sübuta yetirdiyi qeyd edilib. Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxaran Arəstə xanımın xatirəsinin daim ehtiramla anılacağı vurğulanıb. Arəstə Baxışovanın Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan oğlu Mərdan Məmmədli anası ilə bağlı xatirələrini bölüşüb.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.