MƏDƏNİYYƏT


“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) vətənpərvərlik ruhunu əks etdirən növbəti videoçarx təqdim edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə dəstək olaraq təqdim edilən videoçarx “Türk oğlu” mahnısının müşayiəti ilə nümayiş olunur.

Mahnının sözləri şairə-publisist Nəsibə İsrafilqızına məxsusdur. Bəstəsi Arif Səlimova, ifası isə Xalq artisti Gülyanaq Məmmədovaya aiddir.

Videoçarxda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, general-mayor Polad Həşimov və 12 iyul döyüşündə şəhid olmuş digər igidlərin fotoları nümayiş olunur.

Videoçarxda, həmçinin Azərbaycan və türk qardaşlığı ilə bağlı fotolar da verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.