MƏDƏNİYYƏT
“Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi davam edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində oxuculara Aprel şəhidi Elvin Namazovun həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Sentyabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif edilmiş Elvin Namazovun 30 yaşı tamam olur.
Baş leytenant Elvin Namazov 2016-cı ilin aprelin 3-də Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olub.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.