Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin qaziləri və iştirakçıları, şəhid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər.

Aprel döyüşçülərinin qazi və iştirakçılarının - Tahir Misirxanov, Üzeyir Nəcəfov, Cavad Cavadov, Ağakişi Əlizadə, Mübariz Məmmədovun məktəblilərin görüşünə gəlmələri şagirdlərin böyük marağına səbəb olub.

Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin də dörd sinif otağına şəhidlərimizin adları verilib.

Sonra Aprel döyüşlərinin iştirakçıları və məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.

Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Fərqanə Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.

Şəhid Vüqar Süleymanovun atası Natiq Süleymanov, Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova şəhidlərimizin qəhrəmanlıqları, Vətəni canlarından da çox sevmələri barədə məlumat verib, onların şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını deyiblər. Onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sinif rəhbərləri Hüsniyə İsmayılova, Nazimə Şahverdiyeva, Aida Şahbazova, Təranə Heydərova bu təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını bildiriblər.

Sonra məktəb-liseyin kitabxanasında 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əl işlərindən ibarət “Azadlığa gedən yolun zirvəsi” adlı sərgiyə və şagirdlərin uğurlarını əks etdirən fotolardan ibarət stendlərə baxıblar.

20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində çıxış edən direktor Fərqanə Abbasova nümunəvi vətəndaşın yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Direktor diqqətə çatdırıb ki, 72 nömrəli-məktəb liseyə adı verilən Fikrət Tağıyev də Qarabağ müharibəsində şəhid olub. O, 1992-ci il sentyabrın 7-də Füzuli rayonunun Qacar kəndi ətrafında gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Bu il 90 illiyini qeyd edən məktəb-liseydə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla yad olunur. Azərbaycanın hərb tarixində mühüm yer tutan şanlı Aprel döyüşlərinin qazi və iştirakçılarının bu tədbirə qatılmaları məktəblilərin hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəlməsində önəmli rol oynayır.

Sonra məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

Sonda şagirdlər “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan əsgərinə məktublar yazıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada “Professor Nizami Xudiyev” adlı kitab sərgisi açılıb

“Xalqın mədəni sərvəti" layihəsi başa çatıb

Zümrüd Dadaşzadə: Piano həmişə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarının mərkəzində olub

Dünya Bankı Kiyevə 1,5 milyard dollar yardım edib

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub

Fransa və bir sıra dövlətlər Ermənistanın nizamsız xarici siyasi xətt yürütməsinə fürsət kimi baxırlar - RƏY

BƏƏ Avropanın nüvə enerjisi sektoruna sərmayə yatırmaq istəyir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb

Qırğızıstan-Tacikistan sərhədinin daha 28 kilometrlik hissəsi razılaşdırılıb

“Əlibaba və qırx quldur” yenidən Şuşa Teatrının səhnəsində

Efiopiyada səkkiz ayda 3,2 milyon malyariya hadisəsi qeydə alınıb

XRİTDX “Huawei” şirkətinin informasiya təhlükəsizliyi prosesləri ilə tanış olub

Türkmənistan prezidenti 356 məhbusu əfv edib

FHN: Ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib VİDEO

Bu ilin üç ayında Avropada qazın qiyməti 17 faiz ucuzlaşıb

Almaniyada taksa it növünü saxlamaq qadağan edilə bilər

Kəngərlinin suvarma şəbəkəsində dövlət mülkünə zərər verilib, araşdırma aparılır

Vaqif Sadıqov: Qarabağ”ın uğurları digər klublarımız üçün nümunə olmalıdır

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib

Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür

DSMF Malayziyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanaraq “2024-cü ilin Dövlət Orqanı” mükafatı ilə təltif olunub

Salyanlı oymaçı: O qədər əl işləri hazırlamışam ki, emalatxanamda yer yoxdur FOTO

Müdafiə naziri: Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılacaq

Əlyazmalar İnstitutunun gənc alimləri 31 Mart soyqırımı qurbanlarının xatirəsini anıblar

Qaradağ və Masallı rayonlarında 50 kiloqram narkotik vasitə ələ keçirilib VİDEO

Vaşinqtonda Hollivudun “Qızıl dövrü” fotosərgisi açılıb

Günəş tutulması ilə bağlı Niaqarada fövqəladə vəziyyət elan edilib

Gənclər Kitabxanası Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Faktiki hava: Havanın maksimal temperaturu iqlim normasından 4° yuxarı olub

MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

“Böyük Dəbilqə”: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulur

Türkiyədə Azərbaycan dialektologiyası ilə bağlı kitab nəşr edilib

Akademik: Azərbaycanlılara qarşı soyqırımı siyasətinin kökündən məhv edildiyi artıq tarixi faktdır

DİN: Ötən gün 9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Əlcəzair Qəzzaya daha 162 ton humanitar yardım göndərəcək

DİN: Xankəndidə silah-sursat aşkarlanıb

İsveçdə gənclərə yardım xidməti bağlana bilər

“Fənərbağça Beko”nun basketbolçusu Avroliqanın tarixinə düşüb

Dünya birjalarında neft bahalaşıb

Naxçıvan Şəhər Su-kanalizasiya İdarəsinə vətəndaşlar tərəfindən 785 müraciət daxil olub

Dünənki çempionluq “Qarabağ”ın son 11 ildə 10-cu Premyer Liqa zəfəridir - SİYAHI

Premyer Liqa: "Turan Tovuz" "Səbail"ə, "Zirə" "Sabah"a qarşı

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Martın 29-da 73 cinayətin açılması təmin olunub

Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu qazanıb

“Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb

Sarı qum dumanı Tokioya çatıb

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Laçın sakini: 32 il əvvəl doğma yurdumu tərk etdiyim maşınla geri qayıdıram

Keçmiş məcburi köçkün: Yurduma qayıtmaq ən böyük arzum idi

Laçın sakini: Bu yaşımda doğma torpaqları yenidən görmək çox gözəldir

Keçmiş məcburi köçkün: Biz Laçında yeni bir həyata başlamalıyıq

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola salınıb VİDEO

Deputat: Azərbaycan-Çin münasibətləri hər iki ölkənin maraqlarına cavab verir

Nəbziniz sağlamlığınız haqqında nəyi ifadə edir?

Həkimlərdən xəbərdarlıq: Diabet olmayanlar şəkəri ölçən cihazlardan istifadə etməməlidirlər

Bəstəkar İsmayıl Hacıbəyovun yaradıcılığına həsr olunmuş portret-konsert keçiriləcək

Britaniya ordusunda 100 illik qadağa ləğv edilir

ABŞ mətbuatı Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələri sırasında göstərib

Alimlər gün ərzində sağlamlıq üçün atılan addımların sayını müəyyən ediblər

Azərbaycan-Kuba diplomatik münasibətlərinin qurulmasının ildönümü Havanada qeyd edilib

Yaponiyanın Tanabe şəhərində Novruz bayramı qeyd edilib

Serbiya Prezidenti Vuçiç ölkəsinin çətin siyasi vəziyyətdə olduğunu bildirib

Bakıda ilk dəfə Beynəlxalq Fortepiano Günü qeyd edilib

Salyanda qəza zamanı xəsarət alan daha səkkiz nəfərin kimliyi bilinib YENİLƏNİB

“Qarabağ”ın legioneri: Növbəti hədəfimiz Azərbaycan Kubokunun qalibi olmaqdır

Tbilisidə iftar məclisi təşkil edilib

Qubada hamilə qadın dəm qazından boğulub

Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

“Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar təşkil olunub

Qurban Qurbanov: Uğurlarımızın davamını gətirmək üçün daha məsuliyyətli olmalıyıq

“Qarabağ”ın hücumçusu: Erkən çempionluğu gözləmirdim

Sabah Xırdalanda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

"Kəpəz"in baş məşqçisi: Komandamız bundan sonra daha istəkli oyun nümayiş etdirməlidir

Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumu başa çatıb

“Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Moskva məhkəməsi “Crocus”dakı terrorla bağlı doqquzuncu şübhəli şəxsin cinayət işinə baxır

Pakistanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Moskvada MDB-nin Beynəlxalq İqtisadi Forumu keçirilib

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib

Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Vüqar Mustafayev: Azərbaycanla Pakistan arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib

Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayıb

Səfir: Pakistan-Azərbaycan əlaqələri getdikcə dərinləşir

ADPU-nun Şəki filialında konfrans: Qisas qiyamətə qalmadı

Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anılıb

Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə edilib

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub