MƏDƏNİYYƏT


“Şəhidlərimizi ehtiramla yad edirik!” adlı metodik vəsaiti istifadəçilərə təqdim edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Milli Kitabxana 27 sentyabr Anım Gününün qeyd edilməsi ilə bağlı “Şəhidlərimizi ehtiramla yad edirik!” adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim edib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsait İkinci Qarabağ müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunur.

Vəsaitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" və "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" sərəncamları, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" Fərmanı və xalqa müraciəti əks olunub. Həmçinin metodik vəsaitdə “Tarixin ən şərəfli səhifəsi – İkinci Qarabağ müharibəsi” və 27 sentyabr tarixində “Anım Günü” ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələr verilib.

Əlavələr bölməsində İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin əziz xatirəsinin rəmzi olan Xarıbülbül simvolu, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi üçün təsis edilmiş orden və medallar haqqında geniş məlumatlar öz əksini tapıb.

Bununla yanaşı, İkinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar və məqalələr də metodik vəsaitdə yer alıb.

Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/anim_gunu.pdf linkindən istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.