SİYASƏT


Şəhidlərimizin Anım Günü Argentinada qeyd olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Ölkəmizin Argentinadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Türkiyə və Pakistanın Argentinadakı səfirləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Vətən müharibəsi zamanı Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

Anım mərasimində çıxış edən səfir Rəşad Aslanov 27 sentyabr tarixinin Azərbaycan tarixi və xalqı üçün önəmi barədə məlumat verərək, Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini və Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini bildirib. Şəhid və qazilərimizin yazdığı qəhrəmanlıq salnamələrindən danışıb. R.Aslanov anım günündə Türkiyə və Pakistan səfirlərinin iştirakının xalqlarımız və ölkələrimiz arasında ənənəvi-tarixi qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyərək, Azərbaycana dost ölkələrin 44 günlük Vətən müharibəsi dövründə dəstəklərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və unudulmayacağını deyib.

Daha sonra çıxış edən Türkiyənin Argentinadakı səfiri Vural Altay Birinci Qarabağ müharibəsi dövründə bir diplomat kimi Azərbaycanda çalışdığını və Azərbaycan dövləti və xalqının çətin günlərini yaxşı xatırladığını, eləcə də nəticəsiz qalan Minsk qrupunun danışıqlar prosesini yaxından izlədiyini, Ermənistanın işğalına son qoyaraq, Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində həll etməsinin tarixi ədalətin bərpası olduğunu deyib. “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq, Türkiyənin bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.

Anım mərasimində Vətən müharibəsinə həsr olunmuş videoçarx və anım guşəsi tədbir iştirakçılarına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.