REGİONLAR


Şəhidlərimizin döyüş yolu hər bir gəncə örnəkdir

İsmayıllı, 13 avqust, AZƏRTAC

İsmayıllıda rayon icra hakimiyyətinin, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin nümayəndələri, ehtiyatda olan hərbçilər, mədəniyyət işçiləri və “İsmayıllı xəbərləri” qəzetinin əməkdaşları Tovuz sərhədində erməni hücumunun qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, gənc ömrünü xalqına, torpağına, canından artıq sevdiyi Vətəninə bağışlayan Xəyyam Daşdəmirovun məzarı ismayıllılar tərəfindən hər gün ziyarət olunur, valideyinlərinə baş çəkilir. Budəfəki ziyarətdə də şəhidin xatirəsi ehtiramla yad edildikdən sonra valideyinlərinə baş çəkilib. Söhbət zamanı vurğulanıb ki, Xəyyamın və onun kimi qəhrəman gənclərimizin xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və onların döyüş yolu hər bir gəncə örnəkdir.

Görüşdə ailənin qayğıları ilə də maraqlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.