REGİONLAR


Şəhidlərimizin əziz xatirəsi Ağdam rayonunda ehtiramla anılıb

Ağdam, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Ağdam rayonunda ehtiramla anılıb. Anım mərasimində şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərə imza atdı.

Vətən müharibəsindən sonrakı dövr ərzində, yəni, postmünaqişə dönəmində də Ermənistan tərəfi sülh danışıqlarını pozmaq məqsədilə hərbi təxribatlara əl atdı və Ordumuz bu təxribatların qarşısını almaq məqsədilə “Qisas” və “Qətiyyətli cavab” hərbi əməliyyatları ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan qalib tərəf kimi bu gün bölgədə, regionda dayanıqlı sülhün və əmin-amanlığın tərəfdarıdır. Prezident İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, qələbələrə imza atacaqdır.

Digər çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyindən, Ordumuzun qüdrətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən söhbət açıblar. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ müharibəsi şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad edib, ruhlarına dualar oxuyublar. Bayraq meydanında şəhidlərin xatirəsinə ağaclar əkilib.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.