CƏMİYYƏT
Şəhidlərimizin əziz xatirəsi Azərbaycanın İstanbuldakı baş konsulluğunda da anılıb
İstanbul, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də bütün Azərbaycan ərazisində olduğu kimi, qardaş Türkiyədə də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi ölkəmizin İstanbuldakı baş konsulluğunda yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və konsulluqda olan Azərbaycan vətəndaşları iştirak ediblər.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. 100-dən çox hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 hərbçimizin tibb müəssisələrində müalicəsi davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul-0-