QAN YADDAŞI


Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

Bu gün 20 Yanvar faciəsindən 31 il ötür. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün 20 Yanvar meydanındakı Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini öz övladlarımla birgə ziyarətə gəlmişəm. Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini ən parlaq şəkildə əks etdirən qəhrəmanlıq salnaməsidir. Bu gün ölkəmizin hər bir vətəndaşı şəhidlərimizin məzarlarını ziyarət etməyə borcludur. Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində abidə kompleksini ziyarətə gələn Respublika Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin baş tibb bacısı Validə Nəsibova bildirib.

“1990-cı il yanvarın 19-da Respublika Klinik Xəstəxanasının ikinci ümumi cərrahiyə şöbəsinin tibb bacısı kimi növbədə olmuşam. Həmin gecə çalışdığım xəstəxanaya çoxlu yaralı gətirmişdirlər. Yaralılar palatalara yerləşdirilirdi. Onların şəxsiyyət vəsiqələrini bir yerə toplayırdıq. Sonra həkimlərimiz, cərrahlarımız yerdə, koridorlarda yaralıların üzərində açıq əməliyyatlar apardılar. Xəstəxanada işıqlar sönmüşdü. Xəstəxana şöbələrinin şüşələri sındırılmışdı. O zaman xəstəxanaya yol bu dayandığımız abidənin yanından idi. Heç vaxt yadımdan çıxmaz o vaxt bu meydan bütün qanın içində idi. Səhər evə gedəndə yanğınsöndürən maşınlar buradakı qan izlərini təmizləyirdi”,- deyə hadisələrin canlı şahidi olmuş Validə Nəsibova deyib.

Müsahibəmizi əlavə edib ki, dövlətimiz tərəfindən hazırda şəhid ailələrinə yüksək qayğı göstərilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.