ELM VƏ TƏHSİL


Şəhidlərimizin xatirəsi Turizm və Menecment Universitetində də anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü qeyd olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ATMU-nun rektoru İlham Mədətov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən danışıb. Rektor Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm və iradə, birlik nümayiş etdirdiyini vurğulayıb.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov çıxışında xalqımızın 30 illik Vətən həsrətinə əsgər və zabitlərimizin 44 gün ərzində son qoyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, heç bir müharibə itkisiz deyildir, lakin həmin şəhidlərimiz sayəsində Azərbaycan xalqı Qələbə sevincini yaşadı. K.Qasımov Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə dərin ehtiramını bildirib.

ATMU-nun tələbəsi, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilən Amil Əliyev 44 günlük döyüş yolundan söz açıb.

Qeyd edək ki, universitetin Biznes idarəçiliyi fakültəsinin menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocavənd rayonunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yasin Səməndərov isə İkinci Qarabağ müharibəsi qazisidir. Ümumiyyətlə, ATMU-nun 60-dan artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.