REGİONLAR


Şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq

Xaçmaz, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

20 Yanvar hadisələri tariximizdə ən böyük vətənpərvərlik nümunələrindəndir. Xalqımız şəhidlərimizin göstərdikləri qəhrəmanlığı daim xatırlayacaq, onların xatirəsini hər zaman uca tutacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən dəyirmi masada bildirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova 20 Yanvar faciəsinin dəhşətlərindən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Bu faciə xalqımızın qan yaddaşına çevrilsə də, Ümummilli Lider həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.

Digər çıxış edənlər də Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin zəngin həyat yolu dövlətinə və xalqına sıx bağlılığın bariz nümunəsidir. Dahi şəxsiyyət hər zaman 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının artırılmasına xüsusi diqqət yetirib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələri daim diqqət mərkəzində saxlanılır və dövlət qayğısı ilə əhatə olunub.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.