MƏDƏNİYYƏT


Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin əməkdaşları tərəfindən 229 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsi anılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şöbənin müdiri N.Təhməzova tədbir iştirakçılarına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, şanlı Ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından, eləcə də şücaətindən danışıb. O bildirib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının igidliyini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, daima xatirəsini uca tutur: “Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, həmçinin bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb”.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan qəhrəman oğullarını şagirdlərə tanıtmaq və onların vətənpərvər ruhda böyümələrinə kömək etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.