MƏDƏNİYYƏT


Şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlərin təqdimatı davam edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə şəhidlərin əziz xatirəsinə həsr edilən şeirlərin təqdimatı davam edir.

AZƏRTAC xəbər verir ki, təqdim olunan materiallar arasında Mərkəzi Kitabxananın fəxri oxucusu, AYB-nin üzvü Bədirə Rza Həsənqızının da şeirləri var.

Qeyd edilən bağlantıda şəhid polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsinə həsr edilən “Bu həyat məktəbi – Murov Qartalı” şeiri və anası ilə söhbətindən sonra şəhid Asəf Mütəllimov üçün yazılan şeir yer alır.

“Əbədi bir həqiqətsən, ürəklərdə Elimdar” adlı şeir şəhid Elimdar Səfərova və “Demə ki, itkindi...yoxdu məzarı, Onun məzar daşı ürəklərdədi” misralarının yer aldığı şeir isə itkin şəhid Azad Zeynalova həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.