Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəhidlərin xatirəsi əbədi yaşayacaq!

Şəhidlərin xatirəsi əbədi yaşayacaq!

Bakı, 27 sentyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Düz bir il bundan əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini xaincəsinə atəşə tutanda və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu məsələyə dərhal münasibət bildirərək, təcavüzkarın bütün atəş nöqtələrini məhv etməkdən və ölkənin işğal altında olan ərazilərini azad etməkdən ibarət döyüş vəzifəsi ilə əks-hücuma keçmək barədə əmr verəndə bu barədə bütün dünyaya birinci olaraq xəbər verənlərdən biri AZƏRTAC olub. Həmin gün mənim ürəyim sürətlə döyünməyə başladı və sonrakı 44 gün, 44 gecə ərzində adi ahənginə qayıtmadı.

Bütün bu günlər ərzində mən həm işimin xarakterinə görə, həm də və ilk növbədə, qəlbimin çağırışı ilə smartfon, noutbuk, televizor ekranlarından ayrılmadım. İstər Vətəndə, istərsə də xaricdə olan milyonlarla həmvətənim kimi mən də cəbhədən alınan hər bir təzə xəbəri, ən kiçik informasiyanı səbirsizliklə gözləyirdim. Biz hamımız hər kəsə inanılmaz enerji verən sehirli “Tvit gəldi!” sözlərini xüsusi səbirsizliklə gözləyir, sonra isə öz rəqəmsal qurğularımıza yaxınlaşıb mənfur düşmənin daha hansı yaşayış məntəqələrindən qovulması barədə tezliklə ilk mənbədən - Prezident Əliyevin akkauntundan xəbər almağa çalışırdıq. Hər bir anonsdan sonra daha böyük səbirsizliklə kompüter ekranlarının qarşısında əyləşir, Prezident İlham Əliyevin millətə növbəti müraciətini, dövlətimizin başçısının xarici və yerli KİV-ə növbəti müsahibəsinin translyasiyasını gözləyir, sonra isə onun hər bir sözünü, hər bir tezisini evdə, həmkarlarımız və yoldaşlarımız arasında müzakirə edirdik.

Mən özüm əslən Ağdamdanam. Uşaqlığım, ibtidai siniflərdə oxuduğum illər orada keçib, babamın evi, böyük qoz ağacının altındakı kölgəlik, bağımızdakı almanın dadı hələ də yadımdadır.

İndi bunların heç biri yoxdur. Mənfur düşmən vaxtilə ürəkaçan onlarca şəhəri, yüzlərlə kəndi viran qoyub, o cümlədən mənim doğulduğum və uşaqlıq illərimin keçdiyi evin daşını daş üstə qoymayıb, bütün meyvə ağaclarını qırıb.

Keçən il noyabrın 20-də biləndə ki, rəşadətli Azərbaycan Ordusu vuruşmadan mənim doğma Ağdam şəhərinə daxil olub, bütün gün gözümdən axan sevinc yaşlarını saxlaya bilmədim.

Bu gün düşmənlərin bizim torpaqlardan qovulmasından bir il keçir. Ağdam şəhərinin ərazisi minalardan tamamilə təmizlənib, Füzuli beynəlxalq aeroportu tikilib, yollar və tunellər çəkilir, Vaqifin məqbərəsi bərpa olunub, Bülbülün, Hacıbəylinin, Natəvanın büstləri əvvəlki yerlərinə qaytarılıb, Şuşa və Ağdam məscidlərinin minarələrindən yenə azan səsləri eşidilir.

Əsl sahibləri üçün darıxmış Qarabağ yenidən dinclik tapıb.

Bu gün Vətənimizin azad edilməsi uğrunda canlarından keçmiş bütün qəhrəmanların nurlu xatirələrini ehtiramla yad edir, rəşadətli qazilərimizin tezliklə sağalmaları üçün dua edirik. Biz Cəbrayıla, Xocavəndə, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Kəlbəcərə, Ağdama qayıtmışıq. Laçın dəhlizi ordumuzun tam nəzarətindədir. Cıdır düzündən baxanda Xankəndi, yüksəkliklərdən baxanda isə Ağdərə, Əsgəran və Xocalı ovuc içindəki kimi aşkar görünür. Suqovuşan azad ediləndən sonra aran rayonlardakı əkinçilər yayda su qıtlığından, qışda isə tarlaları su basmasından əziyyət çəkməyəcəklər. Ərazilərin minalardan təmizlənməsi işləri başa çatandan sonra çobanlar yenə Laçın və Kəlbəcər yaylaqlarına qayıdacaq, yüksək dağlıq çəmənliklərdə çoban tütəklərinin səsi eşidiləcək, aşıqlar dastan söyləyəcəklər.

İşğala son qoyulub. Münaqişə geridə qalıb, artıq “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Bütün bunlar Tarixə qovuşub. Biz bu Tarixi həmişə yadda saxlayacaq, bu xatirəni gələcək nəsillərə çatdıracağıq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını bərpa etmək və onu yenidən cənnətə çevirmək üçün var gücü ilə çalışır.

Şəhidlərin xatirəsi əbədi yaşayacaq!

Sənin qarşında baş əyirik, Azərbaycan döyüşçüsü!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik

İngiltərədə partlayış baş verib

Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

NASA-nın nümayəndəsi: “Bakıdakı belə möhtəşəm sərgidə iştirak etməkdən məmnunam

Cənubi afrikalı mütəxəssis: Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik

Bu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb