REGİONLAR


Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır

Qəbələ, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Qəbələ rayonundan olan Ağaşirin Babayevdir. Ağaşirinin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Sonra mərasim iştirakçıları şəhid Ağaşirin Babayevin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi igidliyə görə şəhid Ağaşirin Babayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə Qəbələdə yeni yaşayış massivində abidə-bulaq inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.