QAN YADDAŞI
Şəhidlərin xatirəsi ürəklərdə yaşayacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Fizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş imperiya ordusunun Bakıda və ölkəmizin şəhər və rayonlarında törətdiyi qanlı qırğınlardan danışıb. Bildirilib ki, 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.
20 Yanvarın qan yaddaşımızdan silinməyəcəyini söyləyən akademik C.Abdinov o müdhiş gecədə xalqımızın əsl qəhrəmanlıq nümunəsi göstərdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin dəhşətlərindən danışıb, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.