SİYASƏT


Şəhidlərin xatirəsinə ehtiram

Bakı, 13 oktyabr, AZƏRTAC

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rumen Radev və xanımı Desislava Radeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Bolqarıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.