SİYASƏT
Şəhidlərin xatirəsinə ehtiram
Bakı, 22 may, AZƏRTAC
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Aleksandr Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Serbiya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]