SİYASƏT
Şəhidlərin xatirəsinə ehtiram
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Malayziyanın Baş naziri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Baş nazir Mohammad Najib Tun Abdul Razak “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Malayziyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Malayziyanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.