SİYASƏT
Şəhidlərin xatirəsinə ehtiram
Bakı, 14 iyul, AZƏRTAC
Ukraynanın Prezidenti Petro Poroşenko iyulun 14-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Petro Poroşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]