REGİONLAR


Şəhidlərin xatirəsinə tikilən abidə-bulaq təmir olunur

Göyçay, 18 sentyabr, AZƏRTAC

Göyçayın Çaxırlı kəndində şəhidlərin xatirəsinə tikilmiş abidə-bulaq əsaslı təmir olunur. Təmir işləri rayon icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə-bulaqda təmir-bərpa və restavrasiya işləri yüksək səviyyədə aparılır. Bulağın ətrafında təmizlik və səliqə-sahman işləri də görülür.

Burada kəndin şəhid olan oğullarının xatirə lövhələrinin hazırlanması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.