REGİONLAR


Şəhidlik Vətənə məhəbbətin zirvəsidir

Gəncə, 18 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Bu gün Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsi naminə döyüşlərdə canından keçən igid oğullarımız – Şöhrət Əliyev, Rəşad Məmmədov, Nadir Abbasquliyev, Asif Qocayev, Anar Məmmədov, İsmayıl Mustafayev, Elşad Fərəcullayev, Məhəmməd Hüseynov və Surxay Cəfərovun şəhadətə yüksəlmələrinin ildönümüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri, o cümlədən qazilər, şəhidlərin doğmaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları 44 günlük Vətən müharibəsindən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə qazanılan şanlı Qələbədə şəhidlərin şücaətindən danışıblar.

Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən bəhs edən natiqlər, illər keçsə də, şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb və belə igid Vətən oğulları ilə fəxr etdiklərini deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.