QAN YADDAŞI


Şəhidlik zirvəsinə ucalan xalqımızın qəhrəman övladları gənclər üçün vətənpərvərlik nümunəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi qurbanlarının və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilib. Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmayacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Bakı sakini, tələbə Elməddin Abdullayev deyib.

Xalqımızın Şəhidlər xiyabanını təkcə kədər və göz yaşları ilə deyil, həm də qürur və fəxrlə ziyarət etdiyini vurğulayan E.Abdullayev bildirib: “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Şəhidlik zirvəsinə ucalan xalqımızın qəhrəman övladları gənclər üçün əsl vətənpərvərlik nümunəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.