ELM VƏ TƏHSİL


Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır

Bakı, 16 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır və bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin əməkdaşı Aytən Əhmədovanın “Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində səhiyyə sferasında fəaliyyət ənənəvi formadan elektron formaya keçib, səhiyyə informasiya sistemlərində qərarların qəbul edilməsini dəstəkləyən müxtəlif növ böyükhəcmli verilənlər toplanıb. Hazırda bu proses dinamik olaraq davam etməkdədir.

Daha sonra məruzəçi mobil səhiyyə (mHealth), tibbi verilənlər barədə məlumat verib. O, səhiyyədə verilənlərin analitikasının müalicə xərclərini azaltmaq, epidemiyaların baş verməsini proqnozlaşdırmaq, qarşısı alına bilən xəstəliklərdən qaçmaq, ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırmaq kimi müsbət potensiala malik olduğunu nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.