CƏMİYYƏT
Səhiyyə Nazirliyi Aparatının rəhbəri: COVID-19 elə bir infeksiyadır ki, qısa zamanda xəstənin vəziyyəti dəyişə bilər
Bakı, 30 iyun, AZƏRTAC
Bir çox vətəndaşlarımız özlərində COVID-19-un əlamətlərini hiss etsələr də, onu başqalarına bildirməkdən çəkinirlər. Onlar bunu müəyyən müddət gizlədir və özbaşına müalicə tədbirləri görüb nəticə gözləyirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 30-da keçirdiyi mətbuat konfransında bildirib.
O deyib: “COVID-19 elə bir infeksiyadır ki, qısa zaman ərzində xəstənin vəziyyəti dəyişə bilər. Əgər ağırlaşma hallarını az görmək istəyiriksə, infeksiyaya dair əlamətləri özündə hiss edənlər həkimə müraciət etməlidirlər. Onların belə hallarda poliklinikaya, sahə həkiminə müraciət etmələrini məsləhət görürəm. Lakin həmin şəxslərin özlərinin poliklinikaya getmələri məsləhət deyil, çünki onlar poliklinikada digər insanları yoluxdura bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]