CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Binə qəsəbəsində baş vermiş qəzada yaralananların müalicəsi davam etdirilir

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralananların müalicəsi davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaralıların 12 nəfəri hazırda Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alır. Onlardan beşi reanimasiya şöbəsindədir, üç yaralı üzərində cərrahiyə əməliyyatı aparılıb, iki nəfərin vəziyyəti ağırdır.

Yaralıların altısı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisinə tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna üç nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri bu gün əməliyyat olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.