CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Binədəki qəzada yaralanan 18 nəfərin müalicəsi davam etdirilir

Bakı, 3 oktyabr, AZƏRTAC

Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan sərnişinlərdən 12 nəfəri hazırda Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alır və onlardan beşi reanimasiya şöbəsindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaralılardan dörd nəfərinin müalicəsi Kliniki Tibbi Mərkəzdə, iki nəfərinin müalicəsi isə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.