CƏMİYYƏT
Səhiyyə Nazirliyi COVID-19-la mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavələri ödəyib
Bakı, 24 noyabr, AZƏRTAC
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 noyabr tarixli 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.