CƏMİYYƏT


Səhiyyə Nazirliyi: İlkin rəyə əsasən idmançı ağciyər tromboemboloyası nəticəsində vəfat edib

Bakı, 28 yanvar, AZƏRTAC

İlkin rəyə əsasən qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov ağciyər tromboemboloyası nəticəsində vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idmançı Xamis Məmmədov kəskin pnevmoniya diaqnozu ilə yanvarın 24-də Sabunçu rayon 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb: "Görülən bütün reanimasiya tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və idmançı yanvarın 26- da vəfat edib. Mərhumun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edilmədiyindən onun hansı səbəbdən ölməsini dəqiq söyləmək mümkün deyil. Ona görə də yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.