CƏMİYYƏT


Səhiyyə Nazirliyi nəzdindəki İctimai şuraya seçkilər keçiriləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili üzrə seçki komissiyasının yaradılmasına dair əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmrdə komissiyanın tərkibi təsdiqlənib.

Sənəddə, Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.