CƏMİYYƏT


Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib

Bakı, 25 sentyabr, AZƏRTAC

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 202 nömrəli qərarına əsasən avqust ayı ərzində tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib.

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 477 min manat vəsait ödənilib. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 160 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 280 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri olub.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1072 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorları və digər işçiləri olub.

Qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.