CƏMİYYƏT


Səhiyyə Nazirliyi ucqar kəndlərdə yaşayan risk qrupuna daxil olan hamilə qadınlar üçün müayinə aksiyası keçirir

Bakı, 30 iyul, AZƏRTAC

Son dövrlər aparılan islahatlar digər ölkədə olduğu kimi Azərbaycanda da hamilə qadınlara göstərilən xidmətin yaxşılaşdırılması məsələsini gündəmdə saxlayır. Bu gün regionların sosial iqtisadi inkişafına, perinatal mərkəzlərin yaranmasına baxmayaraq, risk qrupunda olan hamilə qadınlar yaradılmış xidmətlərdən bəzən kənarda qala bilirlər. Məsələn, ucqar rayon və kəndlərdə risk qrupuna daxil olan hamilələr üçün antenatal xidmətlərdən yararlanmaq hələ də əlçatmaz olaraq qalır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ana və uşaq sağlamlığının səhiyyənin prioritet istiqamətlərindən biri olduğu nəzərə alınaraq, Səhiyyə Nazirliyi və nazirliyin Regional İnkişaf İctimai Birliyi birgə layihəyə start verib. Layihənin icrasında əsas məqsəd risk qrupuna daxil olan hamilə qadınlara xüsusiləşdirilmiş antenatal yardımın göstərilməsidir.

Məlumata əsasən, iyulun 30-31-də mama-ginekoloq və funksional diaqnostika həkimləri Lənkəran Perinatal Mərkəzinin bazasında risk qrupuna daxil olan hamilələri müayinədən keçirəcək və lazımi tövsiyələr verəcəklər. Layihə çərçivəsində müayinələrlə bərabər ezam olunmuş həkimlər tərəfindən mamalığın aktual mövzularını əhatə edən mühazirələr oxunacaq. Mühazirələrə Lənkəran Perinatal Mərkəzinin doğuşa yardım xidmətində çalışan tibb personalı və cənub bölgəsində fəaliyyət göstərən mama-ginekoloqlar, mamaçalar və radioloqlar dəvət olunub. Layihənin əsas məqsədi tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.