CƏMİYYƏT


Səhiyyə Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda fəaliyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Alessandro Frakassettinin sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı onun rəhbərlik etdiyi təşkilat BMT-nin İnkişaf Proqramı çərçivəsində 30-a yaxın layihəni həyata keçirib. Onların sırasında o, dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” proqramını xüsusi vurğulayıb.

Teymur Musayev öz növbəsində tərəflərin uğurlu əməkdaşlığını və BMTİP-nin Azərbaycanda İİV/QİÇS xəstəliklərlə mübarizədə xüsusi rolunu vurğulayıb. O, COVID-19 pandemiyası dövründə Azərbaycana dərman və tibb ləvazimatlarının gətirilməsi ilə bağlı təchizatda yaranan çətinlikləri qeyd edərək bu problemlərin aradan qaldırılmasında hər iki tərəfin uğurlu səylərini vurğulayıb.

Görüşdə problemlərin aradan qaldırılmasında səmərəli əməkdaşlığın mahiyyəti vurğulanıb.

BMTİP-nin növbəti rəhbərliyi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən Teymur Musayev A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.